HƏMAS liderlərinin Türkiyədə olması ilə bağlı xəbərlər doğru deyil – türk diplomat

Türkiyəli diplomatın sözlərinə görə, Qətərdən qovulan Həmas liderlərinin Türkiyədə olması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil, məlumatı Reuters yayıb. 

“Reuters”in məlumatına görə, diplomat əlavə edib ki, Fələstin „terror” qruplaşmasının üzvlərinin “mütəmadi olaraq ölkəyə səfər etmək” xəbəri sadəcə olaraq gülməlidir.

NATO üzvü Türkiyə İsraili Qəzza və Livandakı hərbi əməliyyatlarına görə sərt tənqid edib. Türkiyə HƏMAS-ı terror təşkilatı kimi tanımır. Nəşrin yazdığı kimi, HƏMAS-ın yüksək rütbəli rəsmiləri “mütəmadi olaraq Türkiyəyə səfər edirlər”. 

Məlumat üçün bildirək ki, İsrailin ictimai yayımı olan KAN-ın məlumatına görə, Fələstinin HƏMAS terror qruplaşmasının yüksək vəzifəli şəxsləri Qətər tərəfindən ölkədən çıxarıldıqdan sonra Türkiyəyə səfər ediblər. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstan-Çexiya oyunundan sonra metro və avtobuslar gec saatlara qədər işləyəcək

Növbəti Məqalə

Nika Qvaramiya və Elene Xoştariya prezidentlə görüşürlər

Oxşar Xəbərlər