Hindistanda bayram matəmə çevrildi

Hindistanda hindu festivalı zamanı 43 nəfər boğularaq ölüb, onlardan 37-si uşaqdır.

Sentyabrın 26-da Hindistanın Bihar əyalətində hindu festivalını qeyd edərkən azı 43 nəfər, o cümlədən azı 37 uşaq boğularaq ölüb, yerli hakimiyyət orqanları bildirib.

Hadisələr Bihar əyalətinin müxtəlif yerlərində, insanlar hinduların Citiya Parvi festivalını qeyd edərkən baş verib. Analar öz inanclarına uyğun olaraq övladlarının rifahı üçün bu bayramda iştirak edirlər.

İnsanlar çimərkən həm çaylarda, həm də göllərdə suyun təhlükəli səviyyəsinə fikir verməyiblər”. – yerli yüksək rütbəli məmur AFP ilə söhbətində bildirib. Geniş yayılmış məlumatlara görə, dövlət ölənlərin ailələrinə pul kompensasiyası şəklində yardım edəcək.

Oxşar hadisələr Hindistanda dini bayramlar zamanı tez-tez baş verir. Bir il əvvəl həmin festival zamanı 15-i uşaq olmaqla 22 nəfər həlak olmuşdu.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gurcü arzusu”nun növbəti biyabırçılığı – Saba Buadze

Növbəti Məqalə

SON DƏQİQƏ! “Birlik – Milli Hərakat”ın seçki siyahısı açıqladı

Oxşar Xəbərlər