Netanyahunun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Hizbullah bazalarında Rusiya silahları aşkarlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, Livanın cənubundakı “Hizbullah” bazalarında aparılan axtarışlar zamanı İsrail qüvvələri müasir rus silahları tapıblar.
Bu gün Le Figaro-da dərc olunan müsahibəsində Netanyahu həmçinin deyib ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı il qətnaməsinə əsasən, Litani çayının cənubunda yalnız Livan Ordusuna silah sahib olmağa icazə verilib.
Bununla belə, Netanyahunun sözlərinə görə, “Hizbullah bu ərazidə yüzlərlə tunel və gizli anbarlar qazıb, biz [İsrail] bu yaxınlarda müəyyən miqdarda müasir Rusiya silahı aşkar etdik”.