“Hizbullah”ın İsrail hərbi bazasına hücumu zamanı 70-ə yaxın əsgərin yaralandığı bildirilir.
“Hizbullah” açıqlamada Binyamina hücumu həyata keçirdiyini təsdiqləyib.
Açıqlamada qrup, Hayfanın cənubundakı Binyamina bölgəsindəki Qolani Briqadasının düşərgəsinə “dron dəstəsi” atdığını deyib.
Bildirilib ki, hücum “Qəzza zolağında mətanətli Fələstin xalqımıza dəstək, onların cəsur və şərəfli müqavimətinə dəstək, Livan və onun xalqının müdafiəsi üçün” həyata keçirilib.
“Qolani Briqada”sı İsrail ordusunun beş piyada briqadasından biridir. Onlar İsrail ordusunun elit bölmələrindən biri hesab olunurlar.
Briqada Livana qarşı müharibədə İsrailin şimal cəbhəsində ən öndə vuruşandır.
“Hizbullah” Nəsrullahın öldürülməsindən sonra rəhbəri olmayan bir təşkilatdır, lakin bu hücum açıq şəkildə onun imkanlarını dəyişmədiyini göstərir.
“Hizbullah” bəyan edib ki, Qəzzada atəşkəs əldə olunmasa, İsrailə raket zərbələri endirməyəcək. O, İsrailin dərinliklərinə hücumları artıracağını bildirib.