Yüksək səviyyəli Hizbullah rəsmisi hücumlara görə İsraildən qisas alacağına söz verib
Son iki gündə Livanda yüzlərlə Hizbullah üzvünün peycerləri partladılandan və bu gün portativ radiolar partladılandan sonra Hizbullah terror qruplaşmasının icra şurasının rəhbəri Haşim Səfi əd-Din intiqamın alınacağı ilə açıq şəkildə hədələyərək, intiqamın “qanlı” və “möhtəşəm” olacağını vurğulayıb.
Hizbullah 17-18 sentyabrda Livanda baş verən partlayışlara görə İsraili günahlandırır, lakin İsrail öz tərəfdən hadisəyə görə məsuliyyəti nə qəbul edir, nə də inkar edir.
Hizbullah lideri Həsən Nəsrullaha yaxın şəxs və onun qohumu Safi əd-Din hücumların “ağır şəkildə cəzalandırılacağını” bildirib.
O deyib ki, düşmən “bilməlidir ki, biz [Hizbullah] məğlub deyilik, sınmayacağıq, geri çəkilməyəcəyik və düşmənimizin etdikləri bizə təsir etməyəcək”.