Hizbullahın yenə bir komandiri öldürüldü

İsrailin Beyrutda təşkil etdiyi hücumda Hizbullah birliyinin komandiri öldürüldü.

Neytral.ge xəbər verir ki, Sentyabrın 20-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanın paytaxtı Beyrutda hədəfə hücum edib. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, İDF Livanın paytaxtına “məqsədli zərbə endirib”.

“Times of Israel”in məlumatına görə, Livan Hizbullahına yaxın mənbənin məlumatına görə, İsrailin Beyruta hücumu nəticəsində “Hizbullah” terror təşkilatının elit Radvani bölməsinin baş komandiri – İbrahim Akil öldürülüb.

“İsrailin hava hücumu nəticəsində “Hizbullah” silahlı qüvvələrinin Fuad Şükridən sonra (o da İsrailin hücumu nəticəsində həlak olub) ikinci komandiri İbrahim Akil həlak olub”. – anonim mənbə deyir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İsrail Hizbullahın 100-dən çox raket buraxılış məntəqəsinə zərbələr endirib

Növbəti Məqalə

Şarmanaşvili sanksiya haqqda: Müxalifətin və ABŞ-ın “birləşmiş oyununun bir hissəsidir”.

Oxşar Xəbərlər