Hizbullahın yeni lideri seçilib

Nəsrullahın keçmiş müavini Naim Qasim Hizbullahın yeni lideri seçilib

Livanın “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın ölümündən sonra qruplaşmanın yeni lideri Naim Qasım seçilib. 

Qasım 1991-ci ildə o vaxtkı lider Abbas əl-Musəvi tərəfindən qruplaşmanın liderinin müavini təyin edilib. Əl-Musəvinin özü 1992-ci ildə Livanın cənubunda İsrail Müdafiə Qüvvələri tərəfindən onun kortejinin bombalanması nəticəsində zərərsizləşdirilib və bundan sonra mərhum Nəsrullah Hizbullah lideri seçilib. 

Əvvəllər Nəsrullahın əmisi oğlu Haşim Səfi əd-Din ilə əvəz olunacağı düşünülürdü, lakin oktyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Səfi əd-Dinin oktyabrın 4-də Beyruta endirilən hava hücumunda öldürüldüyünü təsdiqləyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bəyanatına Latviya da qoşuldu

Növbəti Məqalə

Rott: Aİ bu seçkiləri tanımamalıdır

Oxşar Xəbərlər