Gürcüstan hökuməti 2024-cü ilin 6 ayında ştatda kənar maaşlarına 261 milyon lari köçürüb.
Neytral.ge Bm.ge-yə istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 25 milyon lari çoxdur və ştatdan kənar işçilərin maaşları üzrə rekord göstəricidir. Onların öz proqnozlarına görə, ilin sonuna kimi belə tendensiya saxlanılarsa, o zaman frilanserlərin maaşı 520 milyon larini keçəcək.
Nəşr yazır ki, büdcənin icrası haqqında hesabatda müxtəlif nazirliklərdə, DSX və ya AAP-da neçə frilanserin işlədiyi göstərilmir. Bununla belə, fəaliyyət hesabatından aydın olur ki, frilanserlərin maaşları ildən-ilə artır.
Bm.ge yazır ki, frilanserlərlə yanaşı, ştatda işləyənlərin də maaş fondu artıb. 2024-cü ilin 6 ayında onlara ümumilikdə 1,26 milyard əmək haqqı ödənilib ki, bu da əvvəlki illə müqayisədə 200 milyon lari çoxdur. Büdcə planına əsasən, bu il nazirliklərdə və dövlət müəssisələrində çalışan 113 min nəfər əmək haqqı kimi ümumilikdə 2,6 milyard lari alacaq. Bunun üzərinə 520 milyon lari tam ştatlı işçilərin əmək haqqı şəklində əlavə olunur ki, bu da dövlət sektorunda çalışanların maaşının 3,1 milyard lariyə çatması deməkdir.