Hökumət təbliğatı seçkilərə 15 gün qalmış ermənifobiya kampaniyasına başlayıb.
Postv hökumətin təbliğat kanalı oktyabrın 11-də video yayımlayıb, oradan görünür ki, onların göndərdiyi jurnalist „Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri olan Mamuka Xazaradzedən “erməni mənşəli” olduğunu niyə gizlətdiyini soruşur və əlavə edir ki, onlarda bununla bağlı „təstiqedici faklar” da var.
Təbliğat kanalının jurnalisti klassik şovinist manipulyasiyadan istifadə edərək: “ermənilər bizim qardaş xalqımızdır, ən yaxşı xalqımızdır” – və əlavə edir – “niyə utanırsınız?”
Gürcüstanda şovinizm və ermənifobiyadan yararlanmaq istəyənlər uzun müddətdir ki, bu “hiylə”dən istifadə edirlər.
Onlar bir tərəfdən hər hansı bir etnik qrupa mənfi qiymət verilməsindən yayınmağa çalışır, digər tərəfdən də bu etnik qrupa qarşı mövcud olan stereotiplərdən, şovinizmdən yararlanırlar.