Hökumət mikrokreditin ümumi limitini 200 000 lariyə qaldırmaq təşəbbüsü ilə çıxış edir.
Neytral.ge xəbər verir ki, “Mikromaliyyə təşkilatları haqqında” qanuna dəyişiklik Parlamentin müzakirəsinə çıxarılıb. Qanun layihəsi İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi ilə Milli Bankın birgə qanunvericilik təşəbbüsüdür.
Təşəbbüs layihəsinə əsasən, mikromaliyyə təşkilatları tərəfindən bir borcalana və ya bir-biri ilə əlaqəli borcalanlar qrupuna verilən mikrokreditin maksimum ümumi məbləği 100 min lari deyil, 200 min lari müəyyən ediləcək. Eyni layihə ilə Milli Banka mikromaliyyə təşkilatları üçün mikrokreditlərə dair əlavə tələbləri müəyyən etmək səlahiyyəti veriləcək.
Bildirilir ki, 2006-cı ildə qüvvəyə minmiş “Mikromaliyyə təşkilatları haqqında” Qanun mikromaliyyə təşkilatı tərəfindən verilən mikrokreditin maksimum ümumi məbləğini hər borcalan üçün 50.000 laridən çox olmamaqla müəyyən etmişdir.
Qeyd olunur ki, hazırda mikrokreditin mövcud limiti yeni məhsulların yaradılması imkanlarını əngəllədiyi və çətinləşdirdiyi üçün sektorun inkişafına bir növ əngəl törədən amildir.