Neytral.ge xəbər verir ki, Qori şəhərində ictimai fəal və iş adamı İoseb Babayev öz restoranına girmək istəyən zaman polisə tabe olmadığı üçün həbs edilib.
Bu gün, sentyabrın 14-də Qori şəhərində “Gürcü Arzusu”nun seçki kampaniyası çərçivəsində partiya liderlərinin əhali ilə görüşməli olduğu tədbir planlaşdırılır.
Mövcud məlumata görə, Babayevin restoranı Bidzina İvanişvilinin bu gün „Gürcü arzusu”nun hazırladığı səhnədə çıxış edəcəyi ərazinin yaxınlığında fəaliyyət göstərir.
Babayevin dostunun dediyinə görə, onun restoranına “giriş üçün yeganə yol qalıb” imiş, lakin polis Babayevə bu yoldan istifadə etməyə icazə verməyib və nəticədə o, itaətsizlik səbəbilə həbs edilib.
“Bu adam onun üçün ayrıldıqları yeganə yolla öz restoranına gəlirdi, o yolla da buraxmadılar. Yəqin o zaman deyəcəklər ki, sən itaətsizlik edirsən. Bir sözlə, bu gün „kapezede” gecələməli olacaq, bu hökumətin, bu diktator rejiminin tərəfdarı olmadığı üçün. Göründüyü kimi, o, restorana gələ bilmir, onu həbs etmək üçün bir səbəb lazım idi.” – Babayevin dostu deyir
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İoseb Babayev polis tərəfindən inzibati qaydada saxlanılıb.