İki azyaşlını avtomobillə vuran sürücü həbs edilib – gərginliyin əsas səbəbləri açıqlanmır, niyə?

Dekabrın 30-da Bolnisidə iki azyaşlı uşağı avtomobillə vurmuş saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hadisə nəticəsində yeniyetmələr yerindəcə keçiniblər.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il dekabrın 30-da Bolnisi bələdiyyəsi ərazisində avtomobili idarə edərkən ehtiyatsızlıq edib, nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin etməyib və nəticədə iki azyaşlı ilə toqquşub. Aldıqları xəsarətlər nəticəsində zərərçəkənlər yerindəcə keçiniblər”, – deyə Prokurorluğun yaydığı məlumatda bildirilir.

Agentliyin məlumatına görə, təqsirləndirilən şəxs dekabrın 30-da baş vermiş yol-nəqliyyat hadisəsindən az sonra həbs edilib. Ona təqdim olunan ittiham Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsinə (iki nəfərin ölümünə səbəb olan avtomobilin təhlükəsizliyi və ya istismarı qaydalarını pozma) aiddir.

Avtomobil qəzası Marneuli-Bolnis mərkəzi magistral yolunda baş verib. Sürücü dörd sərnişinlə avtomobillə hərəkətdə olarkən piyada gedən iki yeniyetməni vurub. Hadisə yerinə yerli sakinlər toplaşıb və vəziyyət gərginləşib. Daxili İşlər Nazirliyinin məlumatına görə, qarşıdurma nəticəsində 8 vətəndaş və bir neçə polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Maraqlıdır ki, bu günə qədər DİN-dən və Baş prokurorluqdan hadisə yerində vəziyyətin gərginləşməsinin əsas səbəbləri açıqlanmır, hadisə yerində şahidlərin verdikləri məlumatları, cinayyət törədən sürücünün sərxoş vəziyyətdə olduğunu, cinayyəti törətdikdən sonra avtomobildən düşüb xalqı və vurduğu yeniyetmələri nəlayiq ifadələrlə təhqir etməsi, sakinlərin narazılığına və qəzəbinə səbəb olan faktları, hökümətin heç bir qurumu açıqlamır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Nyu-Yorkda gecə klubunda atışma nəticəsində azı 10 nəfər yaralanıb

Növbəti Məqalə

Zurabişvili: Polşanı Avropa İttifaqı Şurasına sədrliyi münasibətilə təbrik edirəm!

Oxşar Xəbərlər