Telavi Bələdiyyəsinin Kisisxevi kəndində 54 yaşlı kişi iki günlük axtarışlardan sonra ölü tapılıb.
Merab Xutsişvili öz evinin zirzəmisində tapılıb. Yaxınları kişinin asıldığını gördüklərini, lakin onun intihar etdiyinə inanmadıqlarını bildiriblər.
“Görünür, atasının arvadı onu zirzəmidə tapıb, lakin biz onun intihar etdiyinə inanmırıq. Biz onun öldürüldüyünü, sonra da asıldığını düşünürük. Ümid edirik ki, polis bunu araşdıracaq” – yaxınları deyir.
Onlar iki gün idi ki, Kisisxevi kəndində 54 yaşlı Merab Xutsişvilini axtarırdılar. Axtarış prosesinə polis də cəlb olunmuşdur.