İki tələbə Tbilisinin mərkəzində kirayədə qaldıqları mənzildə ölü tapılıb.
Neytral.ge xəbər verir ki, Tbilisinin mərkəzində kirayədə qaldıqları evdə iki tələbənin, 23 yaşlı gənc oğlanın və 21 yaşlı gənc qızın meyti tapılıb. Məlumatlara görə gənclərin tələbə yoldaşları hüquq-mühafizə orqanlarına müraciət edərək iki gənclə bağlı narahatçılıqlarını bildiriblər, onlar deyiblər ki, iki gündür telefonla əlaqə saxlamaq istəsələrdə mümkün olmayıb. Bundan dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedib, qapını sındıraraq içəri daxil olublar. Onlar jurnalistlərə meyitlərin üzərində zorakılıq əlamətlərinin olub-olmadığı barədə məlumat verməyiblər. Hal-hazırda yalnız iki gəncin meytinin aşkar olunması bildirilir. DİN-dən hələki başqa məlumat əldə olunmayıb.