İlham Əliyev: Sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi

Milli Məclisin ilk iclasında çıxış edən ölkə başçısı İlham Əliyev quru sərhədlərin bağlı qalmasına toxunub:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.

Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir ki, təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz.”

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kaladze: ABŞ daxixili işlərimizə qarışır

Növbəti Məqalə

Biz Rusiyaya raket vermirik-Pezeşkian

Oxşar Xəbərlər