İlham Əliyevin dedikləri sözlər Fransanı qəzəbləndirib

Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Fransa Xarici İşlər Nazirliyindən bildirilib ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılışındakı çıxışı zamanı Fransanın ünvanına səsləndirdiyi fikirlərdən sonra dəvət olunub.

Noyabrın 20-də isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı keçmiş müstəmləkələrinin təbii sərvətlərini və əhalisini məhv etməkdə ittiham edib.

Əliyevin bu çıxışından sonra Fransanın energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Pannye-Runaşe BMT-nin iqlim konfransında iştirak etmək üçün nəzərdə tutuduğu Bakı səfərini ləğv etmişdi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Blinken Hakan Fidan ilə görüşüb

Növbəti Məqalə

Aİ-nin texniki missiyası yaxın günlərdə Gürcüstana gələcək

Oxşar Xəbərlər