Marneuli bələdiyyəsinin İmir kəndinin sakinləri yeni tikilən məktəbin 9 illik olmasına etiraz edirlər. Onların sözlərinə görə, kənd böyükdür və burada təxminən 650 uşaq var. Sakinlər bildirir ki, 9 illik təhsildən sonra şagirdlər təhsillərini davam etdirmək üçün qonşu kəndə getməli olurlar. Bu isə ciddi çətinliklər yaradır, həmçinin üşaqların təhlükəsizliyi qorunmur, dəfələrlə yolda uşaqlar xəsarət alıblar.
“Bizə əvvəllər yerli və adiyatlı qurumlardan 12 illik ictimai məktəb tikiləcəyi vədi verilmişdi, lakin indi məlum oldu ki, məktəb 9 illik olacaq. Bura böyük kənddir, 650-ə yaxın şagird var. Bəli, orta məktəbdə oxuyan hər bir kəs ali təhsil ocaqlarında oxumaq iqtidarında deyil, ancaq təhsillərini davam etmək istəyən uşaqlar harada təhsil almalıdır? Əvvəllər də 9-cu sinifdən sonra təhsillərini davam etdirmək istəyən uşaqlar qonşu kəndə gedirdilər, indi də eyni vəziyyət davam edəcək? Bu, bizə qarşı təhqir və ayrı-seçkilikdir. Biz tələb edirik ki, İmir kəndində vəd etdikləri kimi 12 illik məktəb tikilsin. Əks halda, mübarizəmizi dayandırmayacağıq, etirazlar davam edəcək,” – deyə yerli sakinlər bildirib.
Neytral.ge xəbər portalı bildirir ki, bu problemlə bağlı yerli və mərkəzi adiyatlı qurumlarla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirməyə çalışacağıq.