“Qanun pozuntusu və cinayət əməli” – dövlət qulluqçularının məcburi səfərbərliyi ilə bağlı hüquqşünaslar danışır
Qanun pozuntusu və cinayət əməli – hüquqşunaslar zorla insanları “Gürcü arzusu”nun tədbirlərinə gətirmə faktlarını belə qiymətləndirirlər. Sandro Baramidzenin fikrincə, dövlət qulluqçularının mitinqlərə zorla gətirilməsi praktikası “Gürcü arzusu”nun imzasıdır.
„İnsanı harasa getməyə, kiminsə mitinqində iştirak etməyə məcbur etmək qanun pozuntusudur, hətta cinayətdir. “Gürcü Arzusu” illərdir belə təcrübəyə malikdir, hər seçki ilində bundan istifadə edərək, məktəb müəllimlərinə, direktorlara və digər bu kimi işçilərə təzyiq göstərərək öz mitinqlərinə yığırlar – Sandro Baramidze deyir.
Hüquqşünas Qoqa Xatiaşvili də “Gurcü arzusu”nun bu hərəkətini siyasi neytrallıq prinsipinin pozulması kimi qiymətləndirir.
„Hakim partiya fəaliyyətində müəyyən xahişlər, təsirlər, vədlər vasitəsilə insanları partiya fəaliyyətinə səfərbər etməyə çalışdığı zaman hakimiyyət hər zaman inzibati resurslardan, dövlət qulluqçularından istifadə edib və bu da siyasi neytrallıq prinsipini pozur. Məqsədləri süni şəkildə elektorat yaratmaq və onun nə qədər tərəfdarı olduğunu ictimaiyyətə göstərməkdir – Qoqa Xatiaşvili deyir.
Neytral.ge xəbər verir ki, dünən gülləkeçirməz maneə ilə qorunan Bidzina İvanişvilini dinləmək üçün mikroavtobusla müəllimlər, bağbanlar, qəbirqazanlar və dövlət qurumlarının digər işçiləri Ozurqetiyə gətirilib.