İqtidar fiziki zorakılığa başladı

Marneuli rayonunun Qızılhacılı qəsəbəsində 74-cü seçki məntəqəsində nəzarətçi və müşahidəçi döyülərək qovulub.

Adıgedən məntəqədə ciddi qanun pozuntuları nəticəsində iqtidar və VMH partiyasının nümayəndələri arasında fiziki qarşıdurma baş verib. Şahidlərin dediklərinə görə, məntəqəyə çox sayda silahlı şəxslər daxil olub, onlar VMH partiyasının Marneuli qərərgah sədri Azad Kərimova və başqa nümayəndələrə qarşı fiziki zorakılıq göstəriblər. Həmçinin, məntəqəyə gözayışdırıcı qaz buraxıblar. Sonra isə məntəqədən uzaqlaşıblar. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Xaricdə vəziyyət necədir? – seçki

Növbəti Məqalə

Regionda qanun pozuntularına göz yumulur (Video)

Oxşar Xəbərlər