İqtisadçılar: Milli valyutanın məzənnəsi Qərb kapitalına əsaslanır

İqtisadçılar Avropaya inteqrasiya prosesinin dayandırılmasının ölkənin iqtisadi sabitliyini təhdid edəcəyini bildirirlər. 40-dan çox iqtisadçının bəyanatında “Gürcü arzusu” partiyasının qəbul etdiyi qərara istinad edilir ki, bu qərara əsasən, hökumət 2028-ci ilin sonuna qədər onun Avropa İttifaqı ilə üzvlüklə bağlı danışıqlara başlaması məsələsini gündəmə gətirməyəcək.

“Bu qərar Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir. Ölkənin iqtisadi inkişafı üçün ilk növbədə qanunun aliliyi və demokratik təsisatların inkişafı lazımdır…

Dinc nümayişlərin dağıdılması, nümayişçilərin döyülməsi və qanunsuz həbslər gözlənilən Qərb sanksiyalarının miqyasını artırır ki, bu da ilk növbədə Gürcüstanın maliyyə sektoru və ümumilikdə Gürcüstanın biznes mühiti üçün böyük problem olacaq”- bəyanatda deyilir.

İqtisadçılar qeyd edirlər ki, ticarət, investisiyalar, turizm, pul köçürmələri və digər iqtisadi fəaliyyətlər vasitəsilə hər il Qərb ölkələrindən Gürcüstana 9 milyard dollar gəlir:

“Son qərarlar nəticəsində qaçılmaz, əhəmiyyətli iqtisadi itkiləri görərək, Bidzina İvanişvili hökumətini qanunsuz həbs edilmiş etirazçıları dərhal azad etməyə, zorakılıq törədən polisləri müəyyənləşdirib cəzalandırmağa və ölkəni demokratik inkişaf yoluna qaytarmağa, vətəndaşların ifadə və seçim azadlığının təmin edilməsinə çağırırıq”

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Səkkiz gün ərzində keçirilən etiraz aksiyalarında 338 nəfər həbs edilib

Növbəti Məqalə

Zorakılığı dayandırın – „Gürcü arzusu”na çağırış

Oxşar Xəbərlər