İrakli Kobaxidze ABŞ səfiri Robin Danniqanla görüşüb

Neytral.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ səfiri Robin Dunniqan ilə görüşüb. Bu barədə Gürcüstan hökuməti rəsmi Facebook səhifəsində məlumat yayıb. 

Bəyanatda qeyd edildiyi kimi, görüşdə Kobaxidze ABŞ Dövlət Departamentinin hökumət nümayəndələrinə və müxtəlif dövlət qurumlarında çalışan şəxslərə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqindən “narahatlığını ifadə edib”. 

Kobaxidze qeyd edib ki, bu qərarla Amerika tərəfi kritik həddə yaxınlaşıb ki, bu da başqa bir oxşar qərarın qəbul ediləcəyi təqdirdə Gürcüstanın gürcü-amerikan münasibətləri ilə bağlı mövqeyinin keyfiyyətcə nəzərdən keçirilməsinə gətirib çıxara bilər”, – bəyanatda deyilir.

Bəyanata əsasən, Kobaxidze görüşdə həmçinin deyib ki, sanksiyalar “müxalifətin seçkilər öncəsi şanslarını artırmaq məqsədi daşıyır”, lakin əslində “tamamilə əks-məhsuldardır”, çünki “onlar seçkinin nəticələrinə müsbət yanaşmayacaqlar”. Nə müxalifəti, nə də iqtidar komandasını qorxutmaq olmaz”. 

Kobaxidzenin sözlərinə görə, “Gürcü arzusu” ABŞ Senatının təsdiq etdiyi sanksiyaların partiyaya dəstəyi daha da gücləndirəcəyinə inanır. 

Məlumat üçün bildirək ki, dünən, sentyabrın 16-da ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamenti (OFAC) Gürcüstanda demokratiya və azadlığın pozulmasında məsul olan və ya iştirak edən gürcü şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tbilisidə kazino və totalizatorun bütün səhmdarları öldürülüb

Növbəti Məqalə

Xazaradze: Fasilə verdik, Qaxariya ilə danışıqlar bitməyib

Oxşar Xəbərlər