Donald Trampın andiçmə mərasimi başa çatdıqdan sonra “Gürcü arzusu”nun baş naziri İrakli Kobaxidze bəyanatla çıxış edib.
İvanişvilinin komandasının üzvü hakim partiyanın təbliğatını təkrarlayır və bir daha Trampın prezidentliyi dövründə ABŞ-Gürcüstan münasibətlərinin möhkəmlənəcəyinə ümid edir.
“Donald Trampı yenidən ABŞ prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Onun rəhbərliyi qlobal sülhü təşviq etməli və ABŞ-Gürcüstan münasibətlərini gücləndirməlidir.
Prezident Tramp, bu mühüm yolda sizə uğurlar arzulayıram!” – İrakli Kobaxidze yazır.