“Gürcü arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze deyir ki, mübahisəli parlamentin yaxın vaxtlarda qəbul etməyi planlaşdırdığı bütün qanun layihələri “Dərin dövlət”ə qarşı bir paketdir.
“Biz ölkəmizin təhlükəsizliyini, o cümlədən qanunvericilik yolu ilə qorumalıyıq və parlamentə təqdim olunan qanun layihələrinin hər biri bu məqsədə xidmət edir, o cümlədən “şəffaflıq haqqında” qanun burada daha da kəskinliyə ehtiyac duyur”, – deyə İrakli Kobaxidze bildirib. O, kursantın xatirəsinə əklil qoymaq üçün parlamentə gəlib.
İrakli Kobaxidze gələn həftə mübahisəli parlamentdə qeydiyyata alınacaq qanun layihələrinə istinad edir.