İran höküməti edam hökmlərinin tətbiqini rekord həddə çatdırıb

Keçən həftə İranın bir çox vilayəti, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Fars, Rəzəvi Xorasan, Qum, Kirman və Əlburz vilayətlərində edam hökmləri icra edilib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu və HRA agentliyi sözügedən vilayətlərdə narkotik maddə qaçaqmalçılığı, qətl və silahlı soyğun ittihamlarından təqsirli bilinən 20-dən çox məhkumun asıldığına dair məlumatlar yayıblar.

IHR qəsdən adam öldüməkdən təqsirli bilinən Həbib Purnağı adlı bir məhkumun çərşənbə günü Təbrizin mərkəzi həbsxanasında asıldığını yazıb.

Hüquq müdafiə qurumunun bildirdiyinə görə, “Təbrizin bir kəndindən olan 52 yaşlı Həbib Purnağı 5 il əvvəl kənd təsərrüfatı ərazisində suvarma ixtilafları səbəbindən baş verən münaqişədə qətl törətmək ittihamı ilə həbs edilmişdi.”

“İranda edamların artması məhkəmə sisteminin deyil, siyasi və təhlükəsizlik orqanlarının qərarı ilə bağlıdır.

İran höküməti həftələrdir öz hüquqi normalarından da kənara çıxaraq edam hökmlərinin tətbiqini rekord həddə çatdırıb. Keçən iki həftə ərzində yalnız İran Azərbaycanında 20-dən çox edam hökmü icra olunub.” – Musa Bərzin bilbirib.

Hüquqşünas Musa Bərzin Amerikanın Səsinə söhbətində edam hallarının rekord həddə çatması, eləcə də məcburi hicab qaydalarının tətbiqi istiqamətində yürüdülən siyasətlər haqqında danışıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Prezident Saarbrükken körpüsünə gəldi

Növbəti Məqalə

Tamar Mepe körpüsündə xüsusi təyinatlıların görünməmiş səfərbərliyi var

Oxşar Xəbərlər