İran prezidenti Məsud Pezeşkian Rusiyaya gəlir

İran prezidenti Məsud Pezeşkian Rusiyada keçiriləcək BRİKS sammitində iştirak edəcək

İran prezidenti Məsud Pezeşkian Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan BRİKS sammitində iştirak edəcək. Tehranın Moskvadakı səfiri Kazım Cəlali Rusiyanın TACC təbliğat-hökumət nəşrinə məlumatı təsdiqləyib. 

Neytral.gexəbər verir ki, Oktyabrın 22-24-nə planlaşdırılan sammitdə Rusiya və İran ikitərəfli əməkdaşlıq sazişi bağlaya bilər. Bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Serqey Şoyqu bildirib ki, ölkələr belə bir razılaşma əldə etməyə yaxındırlar. 

Məlumat üçün bildirək ki, sentyabrın 10-da ABŞ-ın dövlət katibi Entoni Blinken Londonda keçirdiyi mətbuat konfransında İranın Ukrayna şəhərlərini bombalamaq üçün Rusiyaya ballistik raketlər verdiyini təsdiqləyib. Rusiya və İran rəsmiləri bunu təkzib edir. ABŞ Dövlət və Maliyyə Departamentləri Rusiyaya raket ötürülməsi ilə bağlı İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Starmer və Mellon Ukrayna ilə bağlı müzakirəyə başlayacaqlar

Növbəti Məqalə

Nikol Paşinyan Gürçustandadır

Oxşar Xəbərlər