İran Rusiyaya buraxılış qurğusu olmayan raketləri göndərdi

Reuters: İran Rusiyaya buraxılış qurğusu olmadan Fath-360 ballistik raketlərini göndərdi.

“Reuters” nəşri anonim mənbələrə əsaslanaraq yazır ki, İran Ukrayna ilə müharibədə istifadə edilmək üçün Rusiyaya “Fath-360” qısa mənzilli ballistik raketləri təhvil verib, baxmayaraq ki, onlar üçün nəzərdə tutulan raket buraxılış qurğularını göndərməyib.

Anonim yüksək rütbəli Avropa kəşfiyyat rəsmisi Reuters agentliyinə deyib ki, İranın gələcəkdə raket buraxılış qurğularını Rusiyaya təhvil verməsi gözlənilmir.

Nəşrlə danışan iki ekspert qeyd edib ki, bunu bir neçə cür izah etmək olar. Onların fikrincə, bir tərəfdən ola bilsin ki, Rusiya da İran kimi maşınlara raketlər yerləşdirmək üçün onları modifikasiya etməyə hazırlaşır. Digər tərəfdən, ola bilsin ki, İran bununla da Qərblə gərginliyin azaldılması üzrə danışıqları təşviq etməyə çalışır.

Neytral.ge xəbər verir ki, avqust ayında Reuters agentliyi anonim mənbələrə istinadən İranın Rusiyaya “Fath-360” raketlərini ötürmək planı barədə məlumat vermişdi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Zurabişvilini dəfn mərasimində görüblər

Növbəti Məqalə

Kobaxidze ABŞ-a gedəcək

Oxşar Xəbərlər