İran Rusiyaya qəzəblənib

İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib.

Neytral.ge xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada vurğulanır.

Bildirilir ki, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək.

İranın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib.

Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğunu bildirib:

“İran rəsmisi Rusiya nümayəndəsinə deyib ki, milli suverenlik, ərazi bütövlüyü və ölkələrin qarşılıqlı maraqlarına hörmət Qafqazda davamlı sülhün qarantı və regional əməkdaşlığın əsasıdır”.

“Bu görüşdə tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşı çıxmaq, eləcə də bütün region ölkələrinin qanuni maraqlarını və narahatlıqlarını nəzərə almağın zəruriliyi vurğulanıb”, – deyə məlumatda bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Monqolustan üzr istədi

Növbəti Məqalə

Aqil Mustafaev: Gürcü arzusu müxalifəti təhtid edir

Oxşar Xəbərlər