İranın İRNA xəbər agentliyinin İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının birgə bəyanatına istinadən verdiyi məlumata görə, İran “çox sayda müxtəlif tipli yeni və qabaqcıl sentrifuqları” işə salmağı planlaşdırır.
İranın bəyanatında deyilir: “Bu addımlar İranın hüquqları çərçivəsində və milli ehtiyaclara uyğun olaraq, ölkənin maraqlarını qorumaq və nüvə enerjisinin daha da dinc inkişafı üçün atılır”.
Sentrifuqa uranı zənginləşdirmək üçün istifadə olunan bir alətdir. Zənginləşdirilmiş uran yanacaq hazırlamaq üçün istifadə olunur, eyni zamanda nüvə silahı istehsalında da istifadə olunur.