İranda “İffət və Hicab Qanunu”nun icrası dayandırılacaqmı?

İranın prezidentinin parlament işləri üzrə nümayəndəsi Şəhram Dəbiri, Prezident Məsud Pezeşkianın rəhbərliyi altında hökumətin parlamentdən “İffət və Hicab Qanunu”nun tətbiqinin hələlik dayandırılmasını xahiş etdiyini bildirib. Onun sözlərinə görə, Prezident Pezeşkian hökuməti bu qanunun dəyişdirilməsi üçün parlamentə islahatyönümlü layihə təqdim etməyi planlaşdırır. Dəbiri əlavə edib ki, hökumət hazırda “İffət və Hicab Qanunu” ilə bağlı islahat layihəsi üzərində işləyir və bu layihəni yaxın vaxtlarda parlamentə göndərəcək.

Lakin bu qanunun tərəfdarı olan bəzi parlament üzvləri qanunun artıq təsdiq edildiyini və icra olunmalı olduğunu bildirirlər. İran mediasına açıqlama verən millət vəkili Əmirhüseyn Bankipur deyib ki, “‘İffət və Hicab Qanunu’ Nəzarət Şurası tərəfindən təsdiqlənib və qanun şəklinə salınıb. Əgər hökumət qanunda dəyişiklik etmək istəyirsə, bu yalnız qanunun icrasının başlanmasından 6 ay sonra mümkündür.”

Bir başqa millət vəkili Həsənəli Əxlaqi isə Şəhram Dəbirinin açıqlamalarına reaksiya verərək deyib ki, “İffət və Hicab Qanununun bu ayın sonlarında hökumətə təqdim olunması planlaşdırılsa da, parlamentin bu həftə bağlı olması səbəbindən qanun gələcək həftə hökumətə təqdim ediləcək.”

Buna baxmayaraq, millət vəkili Əkbər Rəncbərzadə iddia edir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bu qanunun icrasını müvəqqəti olaraq dayandırıb. Onun sözlərinə görə, şura hələ qanunun icrası ilə bağlı müddəti müəyyən etməyib. “İffət və Hicab Qanununun icrasının nə vaxta qədər dayandırılacağını dəqiq bilmirəm, amma şura bu qanunun tətbiq edilməməsini müvəqqəti olaraq tələb edib” -deyə, millət vəkili bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

2024-cü ildə 17 ölkədə ən azı 54 jurnalist öldürülüb

Növbəti Məqalə

Qeyri-legitim parlamentin üzvü Savalan Mirzəyev sosial şəbəkədə gürcü dilində paylaşım edib

Oxşar Xəbərlər