Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Almaniya vətəndaşı Cəmşid Şarmahdinin edam edilməsinə cavab olaraq İranın Almaniyadakı hər üç konsulluğu bağlanacaq. İran konsulluqları Almaniyanın üç şəhərində – Frankfurt, Hamburq və Münhendə yerləşir.
“Biz dəfələrlə və aydın şəkildə Tehrana izah etmişik ki, Almaniya vətəndaşının edam edilməsi ciddi nəticələrə səbəb olacaq”, – Burbok bildirib.
Həmçinin, Berbokun sözlərinə görə, Almaniya Şarmahdinin edamında iştirak edənlərə qarşı Aİ səviyyəsində sanksiyalar tələb edir. Nazirin sözlərinə görə, onların arasında İran İnqilab Keşikçiləri də var.