Donald Trampa qarşı sui-qəsdin arxasında Tehranın dayanması ilə bağlı iddialar əsassızdır – İranın xarici işlər naziri
“Frans Press” agentliyinin verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğayi Donald Trampa qarşı sui-qəsdin arxasında Tehranın dayanması ilə bağlı iddiaları tamamilə əsassız sayır.
“Xarici İşlər Nazirliyi İranın ABŞ-ın keçmiş və ya indiki rəsmilərinə sui-qəsd cəhdi ilə bağlı iddiaları rədd edir”, – İsmail Bəğayi deyib.
Məlumat üçün bildirək ki, dünən Amerika Birləşmiş Ştatlarında İran rejiminin ittihamı ilə yeni seçilmiş prezident Donald Trampa sui-qəsd təşkil etməyi planlaşdıran Pakistan vətəndaşı həbs edilib.
İstintaqın məlumatına görə, Şakeriyə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ABŞ-da İran rejimini tənqid edənləri izləmək və lazım gələrsə, aradan qaldırmaq tapşırığı verilib.