„İRİ”n prezidenti: Gürcüstan seçkilərində Rusiyanın təsiri hiss olunurdu

İRİ -n prezidenti Rusiyanın Gürcüstan seçkilərindəki „əlindən” danışır – oktyabrın 26-da Gürcüstanda olan və seçki mühitini öz gözləri ilə müşahidə edən Den Tvininq birbaşa deyir ki, seçkilər görünməmiş hədə-qorxu, rüşvət, bütün dövlət qurumlarının istifadəsi, terror və cinayətkarlıqla keçib.

„Hakim partiyanın Gürcüstanda bütün müstəqil qurumlara nəzarət etdiyi bir vaxtda dövlətin ələ keçirilməsi səbəbindən demokratik geriləmə yaşayan ölkə ilə ciddi problemimiz var.   Bura təkcə icra orqanları deyil, həm də Mərkəzi Seçki Komissiyası, məhkəmələr, KİV və s. daxildir. Partiya ilə dövlət arasında fərq olmalıdır.   

Gürcüstan daha çox Avropa ölkəsidir, 90 faiz Avropa Birliyinə daxil olmaq istəyir, bölünmüş ölkə deyil, hansının ki, yarısı Rusiyanı, yarısı isə Avropanı seçə, amma bu ilki seçkilərdə gördük ki, hakim partiyanın ən böyük səyi dövlət hakimiyyətinin bütün formaları, eləcə də sistemli qorxutma və sistemli rüşvətlə gördüyünüz nəticəni əldə etmək oldu. 

Sual olunur ki, bu seçkilər demokratik ədalətli və legitim hesab olunurmu? – Gürcülərin çoxu yox deyəcək!  Gürcüstanda, eləcə də Moldovada keçirilən seçkilərdə Rusiyanın əli fəal müşahidə olunub.   Rusiyanın təsiri çox incə şəkildə artır, bura informasiya əməliyyatları, sosial media əməliyyatları, kəşfiyyat daxildir, hər şey avtoritarların seçki nəticələrini manipulyasiya etmək üçün istifadə etdikləri ilə bağlıdır. Hətta Vladimir Putin də seçkiləri idarə edirdi.”, – İRİ-n prezidenti deyir. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Onların heç biri vətəndaşların hüquqlarını qorumur – Zurabişvili

Növbəti Məqalə

MSK sədri prokurorluqdadır – Kalandarişvili müsahibəyə gəlib

Oxşar Xəbərlər