İş adamının evinə 16 güllə atılıb – Marneulidəki hadisənin yeni detalları.
Marneulidə iş adamı Şamo Orucovun evinə 16 güllə atılıb – “Tv Pirveli”nin jurnalistləri Qızılhacılı kəndində olan hadisənin yeni təfərrüatlarını aşkarlayıblar.
Atışma gecə saat 5 radələrində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu hadisənin motivinə gəlincə, məlum olur ki, Şamo Orucov Liloda bir neçə mağazanın sahibi olan yerli iş adamıdır. Yerli əhalinin dediyinə görə, bəzi şəxslər kriminal avtoritetlərin adı ilə həmin şəxsdən 150 min lari istəyiblər və rədd cavabı aldıqdan sonra ondan qisas almaq qərarına gəliblər, evi atəşə tutub və gecə saatlarında avtomobillə cinayət yerini tərk ediblər.
Orucovlar ailəsində günahkarları müəyyən edə biləcəklərini deyirlər.
Ailə və polis indiyə qədər qaçan cinayətkarları axtarırdı. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.
Məlumat üçün bildirək ki, bu, Marneulidə ilk dəfə deyil ki, iş adamlarının hədə-qorxu ilə tələb edilməsi və hədələnməsi halları baş verir. Hətta bir neçə gün əvvəl bir iş adamının mağazasına əl qumbarası atılmışdı.