Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flaherti “Azadlıq” radiosuna müsahibəsində bildirir ki, “Batumelebi”nin yaradıcısı Mzia Amaqlobelinin həbsindən narahatdır və hakimiyyətin tez hərəkətə keçəcəyinə ümid edir.
“[Gürcüstandan] çox narahat qayıtdım. Mən həbsxanada aclıq aksiyası keçirən jurnalistdən çox narahatam”, – komissar O’Flaherti yanvarın 30-da Strasburqda “Azadlıq” radiosunun müxbiri Vaja Tavberidzeyə deyib.
“Bu məsələ ilə bağlı təcili hərəkətə keçmək lazımdır, çünki iş ölümlə – dirim arasındadır” – o dedi.
“Bu, təkcə azadlıq və həbs məsələsi deyil – bu, ölüm-dirim məsələsidir”. Və həqiqətən ümid edirəm ki, hökumət bu çətin vəziyyətdə lazımi sürətlə hərəkət edəcək” – o bildirib.
Mzia Amaqlobeli 19-cu gündür aclıq edir. Onun maraqlarını müdafiə edən qurumun bildirdiyinə görə, onun həyatı təhlükədədir və yanvarın 30-na kimi “vəkillə görüşmək üçün lazım olan məsafəni qət etmək çətinləşib”.