İşgəncələrə məruz qalan və şiddətli döyülən məhbus huşsuz vəziyyətdədir – Qldani həbsxanasında baş verənlər

45 yaşlı İoseb Qorqadze Qldani həbsxanasında qanlı intiqamın qurbanı olub. Ailə üzvlərinin sözlərinə görə, məhbus döyülərək ölumcül vəziyyətdədir, sümükləri sındırılıb və onu boğurdular.

Adam hələ də klinikada suni nəfəs aparatına qoşulüb, huşunu itirib, həbsxana rəhbərliyi onlara məhbusun başına gələn zorakılığın necə baş verdiyini demir, necə oldu ki,rejimin müfəttişləri bunu görmədilər. 

İoseb Qorqadze Tsalkada baş verən avtomobil qəzasından sonra həbs edilib. Mövcud məlumata görə, avtomobil idarə edərkən qatı duman səbəbindən bir qrup vətəndaşın „Gürcü Arzusu” partiyasının mitinqindən qayıdarkən park edilmiş mikroavtobusun fərqinə varmayıb. Qəza nəticəsində 4 nəfər həlak olub. Ailə onun həbsxana rəhbərliyinin köməyi ilə intiqamın qurbanı olmasından şübhələnir.

 Ağır döyülən məhbusun ailə üzvləri xəsarət alan şəxsin sağ qalma şansının minimal olduğunu deyirlər. Bir neçə gün məhbusun vəziyyəti ailədən gizlədilib. Nəhayət, Qorqadzenin kamera yoldaşı həbsxanadan vəhşicəsinə döyülən şəxsin ailəsinə zəng edərək qanlı qisas haqqında danışıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Sistem uğursuzluğa düçar olur – mühafizə polisinin əməkdaşı istefa verib və repressiyalardan yazır

Növbəti Məqalə

“Avropanın cavabı kifayət qədər zəifdir” – Zurabişvilinin fikirləri Fransa parlamentində dinlənilib

Oxşar Xəbərlər