İşğal olunmuş Abxaziyada “Azadlıq” radiosunun “Exo Kafkaz” layihəsi xəbər verir ki, “Mənzillər haqqında” qanun layihəsi qondarma parlamentdən geri götürülüb.
“Exo Kavkaza”nın məlumatına görə, işğal olunmuş Abxaziyanın şərq hissəsində 10 minə qədər mənzilin tikintisini nəzərdə tutan qanun layihəsinin təşəbbüskarı tərəfindən geri çağırılıb.
Qanun layihəsinin geri çağırılması barədə qərar qondarma parlament tərəfindən dəstəkləndi. Bu qərarı qondarma parlamentin sədri Laşa Aşuba imzalayıb.
Qondarma parlamentin mətbuat xidməti açıqlamasında bildirib ki, qanun layihəsinin geri götürülməsi barədə qərar “gərginliyi aradan qaldırmaq və sabitliyi qorumaq üçün” verilib.