İspaniyanın Belçikadakı səfirliyinin rəhbəri Alberto Anton İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin çıxışı zamanı yuxuya getdiyi üçün işdən çıxarılıb. Bu barədə “The Times” yazır.
Qeyd olunur ki, Antonun İspaniya Xarici İşlər Nazirliyinin rəhbərinin səfirlərin illik konfransında çıxışı zamanı yuxuya getdiyi video sosial şəbəkələrdə populyarlaşıb. Albaresin diqqətini çəkən də elə bu oldu.
Nəşr yazır ki, diplomatın işdən çıxarılmasından az sonra İspaniya Diplomatlar Assosiasiyası ölkənin Xarici İşlər Nazirliyinin rəhbərinə diplomatik təyinatların “şəffaflığını” tələb edən məktub göndərib.
Bundan başqa, İspaniyada Albares işə ciddi yanaşmasına görə qeyri-rəsmi olaraq “Balaca Napoleon” ləqəbini alıb. Nəşr xatırladır ki, o, işində müxtəlif səhvlərə yol verən və ya Madridin siyasətinə zidd hərəkətlər edən ən azı yeddi məmuru işdən çıxarıb.