İspaniyanın Saraqosa yaxınlığındakı qocalar evində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Bu barədə yerli hökumət məlumat yayır.
Hadisə cümə günü səhər saatlarında baş verib. Yanğın demans və psixi sağlamlıq problemləri olan insanların müalicəsi ilə məşğul olan qocalar evində baş verib. Orada ümumilikdə 82 nəfər yaşayırdı.
Yerli KİV-in məlumatına görə, yanğının səbəbi hələlik məlum deyil.