İsrail casusluqda şübhəli bilinən 7 azərbaycanəsilli vətəndaşını saxlayıb

(240618) — KIRYAT SHMONA (ISRAEL), June 18, 2024 (Xinhua) — Israeli reserve soldiers take part in a military drill in Kiryat Shmona, northern Israel, on June 18, 2024. The Israeli military announced Tuesday that it has approved “operational plans” for an offensive against the Lebanese armed group Hezbollah. (Ayal Margolin/JINI via Xinhua)

İsrail casusluqda şübhəli bilinən 7 azərbaycanəsilli vətəndaşını saxlayıb.

İsrail Pokurorluğu bildirib ki, şübhəlilər İrana 600-ə yaxın məlumat ötürüb:

“O cümlədən, həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İran üçün potensial insan hədəflərinin müəyyən edilməsində iştirak ediblər. Bu məlumatlar arasında “Ramat David”, “Nevatim”, “Glilot” və keçən həftə “Hizbullah”ın pilotsuz uçan aparatının hücumunda 4 əsgərin öldürüldüyü “Qolani Briqadası” hərbi bazalarının adları yer alıb”.

Onların artıq 35 gündür ki, həbsdə olduğu bildirilir: “Şübhəlilərdən ikisi azyaşlıdır. Onların hərəkətləri dövlət təhlükəsizliyinə ziyan vurub”.

Saxlanılanların həmçinin bir neçə İsrail vətəndaşı haqqında kəşfiyyat məlumatı toplamaqda şübhəli bilindikləri də vurğulanıb.

Məlumatda qeyd olunub ki, tərəflər arasında ilkin təmaslar təxminən iki il əvvəl başlayıb:

“Şübhəlilərə yüz minlərlə şekel (İsrail valyutası – red.) ödənilib. Ödənişlər İsrailə gedən Rusiya vətəndaşları vasitəsilə həyata keçirilib. Polis araşdırma zamanı onlarla sənəd də ələ keçirib”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

COP29-a hazırlıq işləri artıq son mərhələdədir – İlham Əliyev

Növbəti Məqalə

Əgər bu xalq sizin tərəfdarınızdırsa, niyə üzlərini gizlədirlər?

Oxşar Xəbərlər