İsrail İrlandiyanın paytaxtı Dublindəki səfirliyini bağlayıb.
Bu qərarı İsrailin xarici işlər naziri Gideon Saar elan edib. Onun sözlərinə görə, “İrlandiyanın antisemit hərəkətləri və ritorikası yəhudi dövlətinin legitimləşdirilməsi və demonizasiyasına, həmçinin ikili standartlara əsaslanır”. Saar əlavə edib ki, İrlandiya İsraillə münasibətlərində bütün qırmızı xətləri keçib.
Bu ilin may ayında İrlandiya İspaniya və Norveçlə birlikdə Fələstin dövlətini rəsmən tanıdı və bu, İsrail hakimiyyətinin sərt reaksiyasına səbəb oldu.
Keçən həftə İrlandiya Cənubi Afrikanın Qəzza zolağında fələstinlilərə qarşı soyqırımda ittiham etdiyi İsrailə qarşı Birləşmiş Millətlər Məhkəməsində qaldırdığı iddiaya qoşulub.
İddia ərizəsində dövlət tərəfindən törədilən soyqırım anlayışının genişləndirilməsi təklif edilir.
İsrail ittihamı qəti şəkildə rədd edir. Beynəlxalq Ədalət Məhkəməsi bir neçə il çəkəcək iddianı baxılmaq üçün qəbul edib.