BBC xəbər verir ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində HƏMAS-ın azad etməli olduğu qalan 26 girovdan 8-nin öldüyünü bildirib.
Nəşrin məlumatına görə, hökumət sözçüsü David Manser jurnalistlərə bildirib ki, İsrail HƏMAS-dan girovların statusu ilə bağlı məlumatların yer aldığı siyahı alıb.
“„HƏMAS” siyahısı İsrail kəşfiyyat məlumatlarına uyğundur, ona görə də sizinlə bölüşə bilərəm ki, 8 nəfər “Həmas” tərəfindən öldürülüb” – Ölən girovların adını çəkmədən Manser deyib.
Bundan başqa, onun sözlərinə görə, ailələrə yaxınlarının vəziyyəti ilə bağlı məlumat verilib.
Xatırladaq ki, yanvarın 19-da atəşkəs qüvvəyə minəndən bəri HƏMAS 290-dan çox fələstinli məhbusun azad edilməsi müqabilində yeddi israilli girovu azad edib.