İsrail Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələri bərpa etdiyini açıqlayıb

საილუსტრაციო ფოტო არქივიდან. ისრაელის არმია ღაზის სექტორში ჰამასის პოზიციებს ინტენსიურად ბომბავდა 2023 წლის ოქტომბრიდან

İsrail ordusu Qəzza zolağında Fələstinin radikal İslamçı HƏMAS hərəkatına qarşı döyüşləri bərpa edib. Qəzza rəsmilərinin məlumatına görə, onlarla insan həlak olub.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu qərar Həmas-ın girovları azad etməkdən dəfələrlə imtina etməsindən və ABŞ-ın xüsusi nümayəndəsi Stv Vitkof və vasitəçilərin təkliflərini rədd etdikdən sonra verilib.

İsrail ordusu martın 18-də gecə yarısından sonra Qəzza zolağına hücumu bərpa edib. Müdafiə Ordusu və Təhlükəsizlik Xidmətinin birgə bəyanatında bildirilir ki, kütləvi zərbələrin hədəfi İsrail tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS-ın obyektləridir.

Həmas həm də ABŞ və Avropa İttifaqı tərəfindən də terror təşkilatı hesab edilir.

HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin zərbələri nəticəsində 200-dən çox insan həlak olub. Bu məlumat başqa mənbələr tərəfindən təsdiqlənmir.

Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News-a bildirib ki, İsrail Qəzzada əməliyyatları bərpa etmək qərarı barədə prezident Donald Tramp administrasiyasını əvvəlcədən məlumatlandırıb və onunla məsləhətləşib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ səfirinin Zurabişvili ilə görüşünə Co Vilsonun reaksiyası

Növbəti Məqalə

Bokuçava Zurabişvilini tənqid edib – “Güclü koordinasiya”, yoxsa “saxta birlik”?

Oxşar Xəbərlər