Dekabrın 27-də İsraildə yerləşdirilən Amerikanın THAAD raketdən müdafiə sistemi Husilərin Yəməndən İsrailə doğru atdığı ballistik raketləri ilk dəfə vurub.
Amerikanın raket əleyhinə sistemi THAAD (Terminal High Altitude Area Defense System) bu ilin oktyabrında İsraildə yerləşdirilib.
“Reuters”in məlumatına görə, sistemin ballistik raketləri uğurla vura bilib-bilməyəcəyini öyrənmək üçün dekabrın 27-də sistem sınaq rejimində istifadə edilib.