“Həmas” İsraildə Gürcüstan vətəndaşının həyatını itirdiyi terror aktına görə məsuliyyəti öz üzərinə götürüb – bu barədə qruplaşmanın özü bəyanat yayıb.
Onların sözlərinə görə, dünənki hücumu həyata keçirənlər Hebron sakinləri Məhəmməd Mesek və Əhməd Himoun “HƏMAS” üzvləridir.
Məlumat üçün bildirək ki, oktyabrın 1-də 2 silahlı şəxsin insanlara atəş açması – atışma və bıçaqlama, 7 nəfəri öldürməsi barədə məlumatlar və görüntülər yayılıb, bir neçə vətəndaş yaralanıb.
Ölənlər arasında Gürcüstan vətəndaşı İliya Nozadze də var.