Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, Sarp gömrük məntəqəsində qanunsuz olaraq 577 497 lari dəyərində qızılın gətirilməsi faktı aşkar edilib – iki nəfər barəsində cinayət işi başlanıb.
“Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları ilə razılaşdırmaqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində gömrük orqanlarına xüsusilə külli miqdarda malların gətirilməsi faktını müəyyən edib. Gömrük qaydalarını pozaraq əvvəlcədən razılaşdırılmış qrup tərəfindən Gürcüstan sərhədində iki nəfərin barəsində cinayət işi açılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “Sarp” gömrük-keçid məntəqəsindən gömrük nəzarətindən gizlədilmiş, müxtəlif məişət əşyaları içərisində gizlədərək, ümumilikdə, 4,447 qram, gömrük dəyəri olan qızıl-zinət əşyalarını gömrük sərhədinə keçiriblər. Bunun ümumi dəyəri 577 497 lari təşkil edir.
Agentliyin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 8 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin 5-ci hissəsi ilə aparılır.