Xüsusi İstintaq Xidmətinin məlumatına görə, onlar TV Prveli-nin əməkdaşlarına hücumla bağlı araşdırmalara başlayıblar.
“Xüsusi İstintaq Xidməti “TV Pirveli”nin əməkdaşlarına hücum faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə araşdırmaya başlayıb.
Cinayətdə ifşa olunmuş şəxslərin müəyyən edilərək tutulması məqsədilə bütün zəruri istintaq-əməliyyat və prosessual hərəkətlər həyata keçirilir”, – məlumatda deyilir.
Xatırladaq ki, noyabrın 28-dən bu günə qədər bir dənə də olsun jurnalistə hücum edən şəxs cəzalandırılmayıb.