Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani istintaq xidmətlərini Qiorqi Qaxariya və jurnalist Zviad Koridzeyə hücumlara görə məsuliyyət daşıyanları müəyyən etməyə və bütün istintaq hərəkətlərini tez və tam şəkildə aparmağa çağırır.
“Gürcüstanın ictimai müdafiəçisi Qiorqi Qaxariya və jurnalist Zviad Koridzeyə edilən hücumları pisləyir və istintaq xidmətlərini məsuliyyət daşıyanları müəyyən etməyə və bütün istintaq və prosessual hərəkətləri, o cümlədən video çəkilişlərin əldə edilməsi, şahidlərin dindirilməsi və sairəni tez və tam şəkildə həyata keçirməyə çağırır”.
Ombudsmanın bəyanatında deyilir: “İctimai müdafiəçi siyasətçilərə və jurnalistlərə qarşı hücumların təşviq edilməməsi üçün bu faktlara dərhal reaksiya verilməsini vacib sayır”.