İsveç məhkəməsi qadını Suriyada yezidi qullarına sahib olduğu üçün 12 il həbs cəzasına məhkum edib

İsveç məhkəməsi Suriyada yezidi qullarına sahib olan qadına 12 il həbs cəzası verib. 

İsveç məhkəməsi 52 yaşlı qadını “soyqırım, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər”də təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edib. 

Məhkəmə Lina İshaqın Suriyanın Rakka şəhərində İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən idarə edildiyi vaxtlarda yezidi qullarına sahib olduğunu müəyyən edib. 

2015-ci ildə İshaqın üç yezidi qadını və altı azyaşlı uşağı ev dustağı idi. Onlar İslam dini ayinlərində iştirak etməyə, müxtəlif tapşırıqları yerinə yetirməyə məcbur ediliblər. Məhkəmənin məlumatına görə, bəzi qullar da cinsi istismara məruz qalıb.

İŞİD 2014-cü ildə Suriyanın Rakka şəhərini işğal edib və onu qondarma “Xilafət”in anası elan edib. İşğal zamanı terror təşkilatı yüz minlərlə iraqlı yezidi kişini qətlə yetirib, qadın və uşaqları kölə vəziyyətinə salıb.

Əldə olan məlumata görə, yezidi qadınlar və uşaqlar 5 ay Lina İshakın evində yaşayıb, sonra o, onları İŞİD-in digər üzvlərinə təhvil verib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ukraynanın müdafiə naziri ilk dəfə ABŞ-ın müdafiə naziri Pit Heqset ilə görüşüb

Növbəti Məqalə

MƏSCID TIKILMƏSINƏ QARŞI YARADILMIŞ PROBLEMIN ARADAN QALDIRILMASINI TƏLƏB EDIRIK – Seyid Mirtağı Əsədov

Oxşar Xəbərlər