Mayın 5-də İsveçdə yaşayan gürcülər Rusiya qanuna qarşı nümayiş keçiriblər. Orada yaşayan gürcülər ukraynalılarla birlikdə Stokholmda toplaşıblar.
Xatırladırıq ki, mayın 1-də parlament geniş ictimai etirazlar və Qərb tərəfdaşlarının tənqidi fonunda “Gürcü arzusu”nun təşəbbüsü ilə Rusiya qanununu ikinci oxunuşda qəbul edib. 83 deputat onu dəstəkləyib, 23 deputat əleyhinə çıxıb. Onun müzakirəsi səs-küy və mübahisə fonunda baş tutub. Parlamentin sədri Şalva Papuaşvili 4 müxalifət deputatını: Tako Çarkviani, Salome Samadaşvili, Giorgi Botkoveli və Tina Bokuçavanı zaldan çıxarıb.