Təslim olmayın! Siz Avropasınız – Finlandiya parlamentinin Müdafiə Komitəsinin sədri İuka Kopra Rustavelidə mitinq iştirakçılarına belə müraciət edib.
Azadlığinıza inanın – Aİ üzvü olan ölkənin nümayəndəsi Gürcüstan vətəndaşlarına deyir.
“Həqiqətən də demokratiyanı irəli aparmaq üçün lazım olan hər şeyə sahibsiniz. Biz demokratiyaya və Aİ-yə gedən yolda sizə dəstək olmaq üçün buradayıq. Siz Avropasınız, biz Avropayıq və hamımız Avropayıq, dönə-dönə – bu yoldan əl çəkməyin. Özünüzə, azad və ədalətli seçkilərə inanın, azadlığa inanın, Gürcüstanda azadlıq qalib gələcək və demokratiya bərqərar olacaq”, – İuka Kopra bildirib.